Dünya

Polşa Fransanın "nüvə çətiri" konsepsiyasına qoşulur?

12 Jul 2026, 02:48 3 baxış
Polşa Fransanın "nüvə çətiri" konsepsiyasına qoşulur?
Polşa və Fransa nümayəndələri Fransa Prezidenti Emmanuel Makronun Avropa üçün "nüvə çətiri" təşəbbüsü ilə bağlı Parisdə ilk məsləhətləşmələri keçiriblər. Oxu.Az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb. "Fransa prezidentinin "təkmilləşdirilmiş çəkindirmə" konsepsiyası üzrə Avropadakı tərəfdaşlarla strateji dialoqun qurulması təklifinə əsaslanaraq, Polşa və Fransa Parisdə nüvə əməkdaşlığı üzrə rəhbər qrupun ilk məsləhətləşmələrini keçiriblər", - deyə nazirliyin "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib. Bildirilib ki, tərəflər Avropanın təhlükəsizliyi ilə bağlı aktual məsələlərə diqqət yetiriblər. Daha əvvəl Emmanuel Makron Fransanın "təkmilləşdirilmiş çəkindirmə" konsepsiyasına keçmək niyyətində olduğunu açıqlamışdı. Bu konsepsiya tərəfdaş ölkələrlə birgə təlimlərin keçirilməsini, həmçinin Fransanın strateji qüvvələrinin elementlərinin digər Avropa ölkələrinin ərazisində yerləşdirilməsini nəzərdə tutur. Fransa Prezidenti, həmçinin respublikanın nüvə arsenalının artırılması planlarını açıqlayıb. Bununla yanaşı, Paris artıq nüvə döyüş başlıqlarının dəqiq sayını açıqlamaq niyyətində deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər