Dünya
Ukrayna dronları bir gecədə Azov dənizində 28 Rusiya gəmisini vurdu - VİDEO
Ukrayna Silahlı Qüvvələrinin zərbə pilotsuz aviasiya sistemləri briqadalarının döyüşçüləri iyulun 11-nə keçən gecə Azov dənizində Rusiya Federasiyasının "kölgə donanması"na məxsus 28 gəmini vurub. Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı mayor Robert "Madyar" Brovdi öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, 21 tanker, 5 yedək gəmisi (buksir), iki yük gəmisi və bir xüsusi üzmə qurğusu vurulub. Hərbçi əlavə edib ki, ümumilikdə 73 hədəfə effektiv zərbə qeydə alınıb. "Madyar" statistikanı paylaşıb və bildirib ki, 6 gün ərzində, 6-11 iyul tarixlərində Ukrayna döyüşçüləri 76 gəmini vurublar. "Neft "kölgə donanması" nəzərəçarpacaq dərəcədə azalır", - deyə "Madyar" qeyd edib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər