Digər
Venesuela zəlzələsində ölənlərin sayı 4 mini keçdi
Venesuelada baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 4118-ə çatıb.
Axar.az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges məlumat verib.
O, yaralıların sayının 16740 nəfərə qalxdığını açıqlayıb.
Qeyd edək ki, Venesuelada 25 iyuna keçən gecə 7,2 və 7,5 bal gücündə zəlzələlər baş vermişdi.
Mənbə
axar.az