Digər

Trampdan mümkün sui-qəsdlə bağlı: İran məni öldürərsə...

11 Jul 2026, 10:02 29 baxış
Trampdan mümkün sui-qəsdlə bağlı: İran məni öldürərsə...

ABŞ Prezidenti Donald Tramp İrandan qaynaqlanacaq mümkün sui-qəsd cəhdi ilə bağlı sərt mövqeyini ortaya qoyub.


Axar.az xəbər verir ki, o bu barədə "Truth Social" hesabında paylaşım edib.


Tramp qeyd edib ki, min raket istifadəyə hazır vəziyyətdədir və İranı hədəf alıb:


“İran hökuməti dünyanın müxtəlif yerlərində səsləndirdiyi təhdidi həyata keçirərək ABŞ-ın fəaliyyətdə olan prezidentini, yəni məni öldürər və ya öldürməyə cəhd göstərərsə, onların ardınca daha minlərlə raket gələcək”.


ABŞ prezidenti vurğulayıb ki, bununla bağlı göstərişlər artıq verilib:


“ABŞ ordusu zərurət yaranacağı təqdirdə İranın müxtəlif bölgələrinə genişmiqyaslı zərbələr endirməyə hazırdır”.


Qeyd edək ki, Donald Tramp iyulun 8-də də İran tərəfindən həyatına qarşı sui-qəsd təhlükəsi olduğunu iddia etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər