Digər

Türkiyədə yol çökdü, 3 bina sakinləri təxliyə edildi - Video

11 Jul 2026, 10:29 26 baxış
Türkiyədə yol çökdü, 3 bina sakinləri təxliyə edildi - Video

Türkiyənin Rizə şəhərində yol çöküb.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediasında görüntülər paylaşılıb.


Bildirilib ki, hadisə İslampaşa məhəlləsində binanın inşası üçün yerdə qazıntılar aparılan zaman baş verib.


Yolun çökməsi nəticəsində qaz xəttinə ziyan dəyib. Bununla yanaşı, ərazidə yerləşən 3 binadan sakinlər təxliyə edilib.


Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər