Dünya

İranda sənaye mərkəzində güclü yanğın olub - VİDEO

10 Jul 2026, 23:12 3 baxış
İranda sənaye mərkəzində güclü yanğın olub - VİDEO
İranın qərbində yerləşən Lorestan əyalətindəki "Oxin Palayesh" sənaye müəssisəsində yanğın baş verib. "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, alov tullantıların saxlanıldığı ərazidən başlayıb və qısa müddətdə müəssisənin digər hissələrinə yayılıb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur, lakin müəssisəyə ciddi maddi ziyan dəyib. Əraziyə dərhal yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbləri səlahiyyətli qurumlar tərəfindən araşdırılır. Qeyd edək ki, "Oxin Palayesh" neft emalı və kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşmış böyük sənaye müəssisəsidir.
Mənbə oxu.az