Dünya
Fransada anomal istilər fonunda 130-dan çox insan suda boğulub
Fransada davam edən ekstremal isti hava şəraiti fonunda son üç həftə ərzində 130-dan çox insan boğularaq həyatını itirib. TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Marina Ferrari məlumat verib. * Fransada ikinci dəfə qırmızı səviyyəli isti hava təhlükəsi elan edildi * Luvr muzeyi Fransadakı kəskin istilərə görə iş qrafikini dəyişdi Nazir bildirib ki, iyunun 19-dan bəri ölkədə 131 nəfər boğulma hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, bədbəxt hadisələrin qurbanları əsasən 18 yaşınadək yeniyetmələr və 60 yaşdan yuxarı şəxslərdir. Statistikaya əsasən, dünyasını dəyişənlərin 55%-i çimmək üçün qadağan olunmuş ərazilərə daxil olanlardır. Digər 20% hal isə xüsusi mülklərdə yerləşən şəxsi hovuzlarda baş verib. Qeyd edək ki, iyunun ortalarından etibarən Fransada anomal istilər müşahidə olunur və bir çox temperatur rekordları yenilənib.
Mənbə
oxu.az