Dünya

İranla bağlı kritik diplomatik gediş: Qətər hərəkətə keçdi

10 Jul 2026, 20:24 3 baxış
İranla bağlı kritik diplomatik gediş: Qətər hərəkətə keçdi
Qətər nümayəndə heyəti İrana səfər edib. Bu addımın Dohanın Fars körfəzində hərbi əməliyyatların kəskinləşməsindən sonra öz vasitəçilik rolunu möhkəmləndirmək cəhdi olduğu güman edilir. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" informasiya agentliyi məlumat yayıb. * Trampdan diqqətçəkən açıqlama: "İran bizə müraciət etdi, qərarımızı verdik" * ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır? * İsrail ABŞ-nin İrana qarşı gələcək hücumlarına qoşulmağa hazırdır * ABŞ Xarq adasını desant gəmisi xarab olduğu üçün ələ keçirə bilməyib - YENİ İDDİA Agentlik qeyd edib ki, səfər Qətərin Hörmüz boğazında baş vermiş insidentlə bağlı İrana qarşı irəli sürülən ittihamlardan və ardınca ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra baş tutub. Vəziyyətlə tanış olan mənbə "Reuters" agentliyinə bildirib ki, Qətər danışıqçılarının məqsədi gərginliyi azaltmaq və daha geniş müzakirələr üçün şərait yaratmaqdır. Mənbə əlavə edib ki, bu danışıqlar ABŞ ilə sıx koordinasiya şəraitində aparılır. Xatırladaq ki, iyulun 8-9-da ABŞ hərbçiləri İrana bir sıra güclü zərbələr endiriblər. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, bu addım İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq atılıb. İran tərəfi isə buna cavab olaraq ABŞ-nin Küveyt, Bəhreyn və İordaniyadakı hərbi bazalarına zərbələr endirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər