Dünya

Britaniya çimərliklərində "ətyeyən" təhlükə: Artan bakteriya ölümə də səbəb olur

10 Jul 2026, 18:48 2 baxış
Britaniya çimərliklərində "ətyeyən" təhlükə: Artan bakteriya ölümə də səbəb olur
Böyük Britaniya çimərliklərində "ətyeyən bakteriya" təhlükəsi yaranıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Star" nəşri yazıb. Məlumata görə, Avropada anomal istilər sahil sularının rekord dərəcədə istiləşməsinə gətirib çıxarıb və bu da "ətyeyən" kimi də tanınan təhlükəli "Vibrio vulnificus" bakteriyasının sayının artmasına səbəb olub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, infeksiya riski dayaz sularda, estuarilərdə (dənizə, okeana və ya böyük göllərə tökülən çay mənsəbinin qıf şəklində genişlənən növüdür. Bu cür mənsəblər əsasən qabarma və çəkilmə hadisələrinin güclü olduğu, həmçinin dəniz axınlarının çöküntüləri yuyub apardığı sahillərdə yaranır - red.) və Şimal dənizi boyunca duzlu sularda xüsusilə yüksəkdir. Ekseter və Portsmut Universitetlərinin alimləri artıq Britaniya sahilləri ətrafında "Vibrio"nun artımını qeydə alıblar. Bu ştam xüsusilə təhlükəlidir: açıq kəsiklərə, sıyrıqlara və ya təzə döymələrə (tatu) daxil olduqda təcili cərrahiyyə və ya hətta amputasiya tələb edən sürətli toxuma ölümü yarada ola bilər. Bakteriya həmçinin sepsisə səbəb ola bilər ki, bu da hər beşinci halda bir-iki gün ərzində ölümə gətirib çıxarır. İnfeksiya əksər hallarda qusma və ishal şəklində özünü göstərir, lakin yaralar vasitəsilə yoluxma halında nəticələr ölümcül ola bilər. Həkimlər dəridəki zədələnmələri suya davamlı sarğılarla örtməyi, üzdükdən sonra sabunla dərindən yuyunmağı və isti sulardan çıxarılan xam dəniz məhsullarının istehlakından qaçmağı məsləhət görürlər. Mütəxəssislər vurğulayırlar ki, iqlim dəyişikliyi və Avropa üzərindəki "istilik günbəzləri" bu problemi getdikcə daha da aktuallaşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər