Cəmiyyət

Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!

09 Jul 2026, 21:18 25 baxış
Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq:


10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək;


11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.


Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər