Digər

Ərdoğan mənə görə müharibəyə qoşulmadı - Tramp

08 Jul 2026, 13:05 13 baxış
Ərdoğan mənə görə müharibəyə qoşulmadı - Tramp

Mən Prezident Ərdoğanı sevirəm. Məni çox yüksək səviyyədə qarşıladı. O, möhtəşəmdir.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.


“Amma Bibi (İsrail Baş naziri netanyahu - red.) dünən Türkiyə və Ərdoğan haqqında sərt fikirlər səsləndirdi.


Mən də ona dedim ki, bilirsiniz, mən Ərdoğanla danışmışam. Dedim ki, o, müharibəyə qoşula bilərdi, çünki İsraili o qədər də sevmir. Bibini də sevmir. Amma mənim xahişimə görə müharibəyə qoşulmadı.


Türkiyə böyük hərbi gücdür. Milyonlarla əsgəri var. Onlarda bizim ən yaxşı hərbi texnikamızdan çoxu var. F-35 qırıcılarını almağa çalışırlar.


Amma müharibəyə girmədi. O istəyirdi, girəcəkdi. Əgər mən olmasaydım, o, müharibəyə girəcəkdi. Və o zaman qarşı tərəfdə yer alacaqdı”, - Tramp bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər