Digər

Pakistan sahillərində yük təyyarəsi ilə əlaqə kəsildi

08 Jul 2026, 02:21 26 baxış
Pakistan sahillərində yük təyyarəsi ilə əlaqə kəsildi

Göyərtəsində 5 nəfərin olduğu “Boinq 737” yük təyyarəsi Şarja-Kəraçi reysi zamanı aviadispetçerlə əlaqəni itirib.


Axar.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.


Radarla əlaqə və rabitənin Kəraçidən təxminən 155 dəniz mili qərbdə kəsildiyi deyilir.


Pakistan aviasiya orqanlarının məlumatına görə, təyyarə mühərrikdə nasazlıq olduğu bildirdikdən sonra radarlardan itib.

Mənbə axar.az

Oxşar Xəbərlər