Digər
ABŞ Venesuelaya 310 milyon dollar yardım göstərdi
ABŞ dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün Venesuelaya 310 milyon dollardan çox məbləğdə yardım təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Venesueladakı müvəqqəti işlər vəkili Con Barret brifinqdə jurnalistlərə bildirib.
"İndiyədək ABŞ-ın humanitar yardımı 310 milyon dolları keçib. Venesuela hakimiyyəti ölkədə humanitar yardımın sürətlə paylanması ilə bağlı ABŞ-ın xahişlərini tam şəkildə yerinə yetirir", - o qeyd edib.
Xatırladaq ki, 24 iyun gecəsi Velesuelada 7,2 və 7,5 bal gücündə iki ardıcıl zəlzələ baş verib. Son məlumata görə, zəlzələlər nəticəsində 3535 nəfər ölüb.
Mənbə
axar.az