Cəmiyyət

Qaxda BMW TIR-la toqquşub: Qəzanın TƏFƏRRÜATI - VİDEO

07 Jul 2026, 10:26 13 baxış
Qaxda BMW TIR-la toqquşub: Qəzanın TƏFƏRRÜATI - VİDEO
Qax rayonunun Güllük kəndi istiqamətində qeydə alınan yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Belə ki, Raziyə Əsgərzadənin idarə etdiyi 77-ZK-808 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil Nizami Hacıyevin idarə etdiyi 77-BY-616 dövlət qeydiyyat nişanlı TIR-la toqquşub. İlkin məlumata əsasən, hadisəyə BMW-nin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər