Dünya

ABŞ "Microsoft"u "Green Card" proqramından çıxardı

09 Oct 2026, 05:32 1 baxış
ABŞ "Microsoft"u "Green Card" proqramından çıxardı
ABŞ hakimiyyəti "Microsoft" şirkətini xarici əməkdaşların müəyyən müddətdən sonra "Green Card" almasına imkan verən proqramdan çıxarıb. Oxu.Az bu barədə "NBC News"a istinadən xəbər verir. ABŞ-nin vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında "Microsoft"un bu sistemdən sui-istifadə edən şirkətlər arasında önə çıxdığını bildirib. Onun sözlərinə görə, şirkət ötən il 6 000 amerikalı əməkdaşı işdən çıxarıb, eyni zamanda 6 300 iş vizası və 3 000-ə yaxın "Green Card" əldə edib. Proqramda iştirakının dayandırılması "Microsoft"un xarici əməkdaşları üçün H-1B iş vizalarına, həmçinin yaşayış icazəsinə müraciət edə bilməyəcəyi anlamına gəlir. Vens bildirib ki, hakimiyyət "Microsoft" və digər şirkətlərin ilk növbədə ABŞ vətəndaşlarını işə götürməsini gözləyir. Vitse-prezident əlavə edib ki, xarici işçilər viza məsələsində işəgötürəndən asılı olduqları üçün amerikalılardan daha aşağı əməkhaqqı ilə işləməyə razılaşırlar. Onun fikrincə, biznesin xarici işçilərə üstünlük verməsinin səbəblərindən biri də budur.
Mənbə oxu.az

Oxşar Xəbərlər