Cəmiyyət
ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb
Azərbaycan Dəmir Yolları QSC (ADY) 2026-cı ilin iyun ayında 1 milyon 636 min 336 ton yük daşıyıb.
Axar.az ADY-yə istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.
Məlumata əsasən, hesabat dövründə tranzit daşımaları 707 min tonu ötərək keçən ilin göstəricisini 38% üstələyib.
Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 67% (448 096 ton), Şimal-Cənub istiqaməti üzrə isə 48% (47 240 ton) artım qeydə alınıb.
Mənbə
axar.az