Cəmiyyət

Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı

06 Jul 2026, 19:57 2 baxış
Bu rayonda 3 tondan çox yararsız ət aşkarlandı

Masallı rayonunun Kürdəbaz kəndində 3050 kq korlanma əlamətləri müşahidə edilən ət aşkar olunub.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.


Qeyd olunub ki, məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib.


"Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir", - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər