Cəmiyyət

Masallıda üç tondan çox istehlaka yararsız ət aşkarlanıb - FOTO - VİDEO

06 Jul 2026, 18:24 8 baxış
Masallıda üç tondan çox istehlaka yararsız ət aşkarlanıb - FOTO - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Masallı rayonu, Kürdəbaz kəndində yerləşən fiziki şəxs Mahir Bəbir oğlu Qardaşova məxsus soyuducu anbarda reyd keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı ümumi çəkisi 3 050 kq olan və korlanma əlamətləri müşahidə edilən ət məhsulları aşkar olunub. Həmin məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız məhsulların məhv edilməsi istiqamətində işlər davam etdirilir.
{{gallery}}
Masallıda üç tondan çox istehlaka yararsız ət aşkarlanıb - FOTO - VİDEO Masallıda üç tondan çox istehlaka yararsız ət aşkarlanıb - FOTO - VİDEO Masallıda üç tondan çox istehlaka yararsız ət aşkarlanıb - FOTO - VİDEO Masallıda üç tondan çox istehlaka yararsız ət aşkarlanıb - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər