Cəmiyyət
Yasamalda yaşıllığın məhv edilməsi iddiasına RƏSMİ CAVAB - FOTO - VİDEO
Bakının Yasamal rayonu ərazisində, 1 saylı Vərəm dispanserinin qarşısından 2-ci Alatava yaşayış massivinə doğru uzanan hissədə yaşıllıq sahəsinin məhv edildiyi iddia olunur. Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.
Bildirilib ki, ərazidə bir gecə ərzində çoxsaylı ağac və yaşıllıq zolağı məhv edilib. Paylaşım müəllifi qeyd edib ki, vaxtilə həmin yol boyunca şam, iydə, zeytun və fıstıq ağaclarından ibarət sıx yaşıllıq mövcud olub. İllər ərzində yaşıllıq sahələri tədricən azalıb, onların yerini müxtəlif iaşə obyektləri tutub. Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, Yasamal rayonunun Müzəffər Həsənov küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. İdarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ərazidə ağac kəsintisi faktı müəyyən edilməyib. Əvvəlki dövrlərə aid peyk görüntülərinin müqayisəli təhlili zamanı ərazidə hər hansı dəyişikliyin olmadığı müəyyən olunub. Mövcud yaşıllıqların qeydiyyata alınaraq mühafizə olunması məqsədilə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət olunub. Hazırda ərazidə mövcud yolkənarı yaşıllıq zolağının davamı olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağacəkmə işləri aparılır.

Mənbə
oxu.az