Cəmiyyət

Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?

06 Jul 2026, 13:35 3 baxış
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əli Nəbiyevi AQTA sədrinin müavini təyin edib.


Axar.az xəbər verirt ki, Əli Tahir oğlu Nəbiyev 26 aprel 1993-cü ildə Bakı şəhərində anadan olub.


Ali təhsilini Hüquqşünaslıq ixtisası üzrə Bakı Dövlət Universitetində, Biznesin təşkili və idarə edilməsi (MBA) üzrə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.


2016–2019-cu illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.


2019–2021-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib.


2021–2023-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.


30 iyun 2021-ci ildən Mediasiya Şurasının İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir.


21 iyul 2023-cü ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Son təyinatadək bu vəzifədə çalışıb.


Rus və ingilis dillərini bilir.


Ailəlidir, 1 övladı var.

Mənbə axar.az

Oxşar Xəbərlər