Digər

Rusiya XİN İsveç səfirini çağırır

06 Jul 2026, 13:48 2 baxış
Rusiya XİN İsveç səfirini çağırır

İsveçin Rusiyadakı səfiri Anna Kristina Tereza Yohannesson Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Vyana Konvensiyasından irəli gələn öhdəliklər və əvvəllər verilmiş təminatlar xatırladılacaq.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.


Qeyd edək ki, iyulun 2-də Rusiyanın İsveçdəki səfirliyi növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Məlumata görə, kvadrokopterlərdən biri səfirliyin ərazisinə qırmızı boya olan konteyner atıb, digəri isə əldəqayırma partlayıcı qurğunu xatırladan maketlə binanın yaxınlığına düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər