Cəmiyyət
İlk elektrikləşdirilmiş dəmir yolu xətti: 100 il ötdü - Video
6 iyul 1926-cı ildə Bakı–Sabunçu–Suraxanı xətti istifadəyə verilərək Azərbaycanda və keçmiş SSRİ məkanında ilk elektrikləşdirilmiş dəmir yolu kimi tarixə düşüb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Axar.az-a verilən məlumata görə, həmin dövrdə inşa edilmiş Bakı–Sabunçu elektrikləşdirilmiş dəmir yolu vağzalı mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib.
"Elektriləşdirilmiş Bakı–Sabunçu–Suraxanı dəmir yolu ilə minlərlə sərnişin, o cümlədən neftçilər, sənaye işçiləri, Bakıətrafı yaşayış məntəqələrinə və regionlara daha sürətli və rahat səfər edirdilər.
Bir əsrlik zəngin irs bu gün daha müasir və dayanıqlı dəmir yolu xətləri ilə yaşadılır və gələcəyə daşınır", - məlumatda qeyd olunub.
Mənbə
axar.az