Dünya
ABŞ-də atəşfəşanlıq raketi eniş edən sərnişin təyyarəsinə çırpılıb
ABŞ-nin Müstəqillik Günü münasibətilə təşkil olunan bayram atəşfəşanlığında atılan fişəng Çikaqo hava limanında eniş həyata keçirən sərnişin təyyarəsinə çırpılıb. Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb. Hadisə iyulun 5-nə keçən gecə baş verib. "Delta Air Lines" aviaşirkətinə məxsus "Airbus A319" layneri Atlantadan Çikaqoya uçuş həyata keçirirmiş. Eniş zamanı təyyarənin pilotu dispetçerə 60-75 metr yüksəklikdə hava gəmisinə nəyinsə çırpıldığı və güclü zərbənin qeydə alındığı barədə xəbər verib. Nəticədə hava gəmisi uğurla yerə enib. Hadisə anında göyərtədə 52 sərnişin və 6 heyət üzvü olub. Heç kim xəsarət almayıb. Qeyd edək ki, 1776-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsi Amerika Birləşmiş Ştatlarının Britaniya İmperiyasının asılılığından azad olmasını elan edib.
Mənbə
oxu.az