Cəmiyyət

Partlayışda ölən qız yüksək bal toplayıbmış - Foto

06 Jul 2026, 11:05 4 baxış
Partlayışda ölən qız yüksək bal toplayıbmış - Foto

Bakının Yasamal rayonunda baş verən partlayışda ölən gənc qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, 2010-cu il təvəllüdlü Zəhra İsrafilova imtahandan 500-dən yuxarı bal toplayıbmış.


Məlumata görə, qız yaxın günlərdə ixtisas seçimi edəcəkmiş.


Qeyd edək ki, iyulun 4-də səhər saatlarında Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində ikimərtəbəli evdə partlayış baş verib. Hadisə nəticəsində 2010-cu il təvəllüdlü Zəhra İsrafilova dünyasını dəyişib, üç nəfər ailə üzvü isə dağıntılar altından sağ çıxarılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər