Dünya
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı artdı
İstanbulun Maltəpə rayonunda yeddimərtəbəli binanın aşağıdakı üç mərtəbəsinin çökməsi nəticəsində ölənlərin sayı beşə çatıb. Oxu.Az bununla bağlı "TRT Haber"ə istinadən xəbər verir. Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 10 nəfər xilas edilib. Qeyd olunub ki, axtarış-xilasetmə işləri başa çatıb.
Mənbə
oxu.az