"Prius" "Mersedes"lə toqquşdu: 1 ölü, 6 yaralı
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Heydər Əliyev Məscidinin yaxınlığında qeydə alınıb.
Belə ki, 61 yaşlı Zakir Ağaqasım oğlu Ağayevin idarə etdiyi 90 UX 940 dövlət qeydiyyat nişanlı "Mersedes-Benz" markalı avtomobil 99 KB 416 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı minik maşını toqquşub. Nəticədə Z.Ağayev hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 7 nəfər (6 kişi, 1 qadın) Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər ambulator müalicə üçün evə buraxılıb, iki nəfər isə yazılı iltizamnamə əsasında tibbi xidmət almaqdan imtina edib. Daha ixtisaslı tibbi xidmət almaq üçün bir nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, bir nəfər Sabunçu Tibb Mərkəzinə, bir nəfər isə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. Bir nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.
Qeyd edək ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasına kritik ağır vəziyyətdə yerləşdirilən bir nəfərin (kişi) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 21:30-da bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.