Dünya

Ermənistanda partiya rəhbərinin mənzilində axtarışlar aparılır - VİDEO

06 Jul 2026, 10:12 2 baxış
Ermənistanda partiya rəhbərinin mənzilində axtarışlar aparılır - VİDEO
Çiçəklənən Ermənistan Partiyasının rəhbəri, iş adamı Qaqik Tsarukyanın mənzilində axtarışlar həyata keçirilir. Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə sözügedən siyasi təşkilatın mətbuat katibi İveta Tonoyan məlumat verib.

Tsarukyanın vəkillərinin mənzilə daxil olmasına icazə verilmir. İlkin məlumata görə, partiya liderinə məxsus obyektlərdə də yoxlamalar aparılır. Ermənistan İstintaq Komitəsindən bildirilib ki, cinayət işi çərçivəsində zəruri istintaq və prosessual fəaliyyətlər icra edilir. Qurum tərəfindən daha sonra məsələ ilə bağlı rəsmi məlumat veriləcəyi qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər