Dünya

Kiyevə kütləvi hava hücumu: Ölənlərin sayı artdı, 5 uşaq yaralandı - VİDEO

06 Jul 2026, 09:46 2 baxış
Kiyevə kütləvi hava hücumu: Ölənlərin sayı artdı, 5 uşaq yaralandı - VİDEO
Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb. Saat 08:00-a (Bakı vaxtı ilə 09:00 - red.) olan məlumata görə, 10 nəfər həlak olub, 46 şəxs yaralanıb. Ümumilikdə 20-dən çox ərazidə hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır. Ən ağır vəziyyət Rusiya qüvvələrinin çoxmərtəbəli yaşayış binalarına birbaşa zərbələr endirdiyi Darniçski və Podolski rayonlarında müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb. Onun sözlərinə görə, xəsarət alanlar arasında beş uşaq da var.

Kiyev meri Vitali Kliçko daha əvvəl bildirmişdi ki, Darniçski rayonunda 25 mərtəbəli binanın dördüncü mərtəbəsinə mərmi qalıqlarının düşməsi nəticəsində iki nəfərin cəsədi tapılıb, həmin yerdən 22 nəfər xilas edilib. Kiyev vilayətinin Buça rayonunda isə hücum nəticəsində bir nəfər həyatını itirib. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Nikolay Kalaşnik açıqlama verib. Rusiyanın Kiyev şəhərinə endirdiyi kütləvi raket və PUA zərbələri nəticəsində 7 nəfər həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko özünün "Telegram" kanalında məlumat paylaşıb. "Yaralananların sayı 24 nəfərdir", - deyə T.Tkaçenko "Telegram"da qeyd edib. Öz növbəsində Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, gecə saatlarında Kiyevin hücumlarına cavab olaraq kütləvi zərbələr endiriblər. Məlumata görə, Kiyev və ətraf vilayətdəki hərbi-sənaye kompleksi, yanacaq-energetika müəssisələri, həmçinin Dnepropetrovsk, Poltava, Çerkassı, Çerniqov və Kiyev vilayətlərində yerləşən hərbi aerodromların infrastrukturu hədəfə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər