Cəmiyyət
Keçmiş məcburi köçkün: "Doğma yurduma qayıtmağı böyük səbirsizliklə gözləyirdim"
"40 yaşımda məcburi çıxarıldığım evimə 76 yaşında qayıdıram". Oxu.Az-ın məlumatına görə, bunu bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan Fazil Əliyev deyib. O bildirib ki, doğma yurduna qayıtmağı böyük səbrsizliklə gözləyib: "İndi artıq övladlarım, nəvələrimlə qayıdıram. Ümidimiz var idi ki, torpaqlarımız nə vaxtsa işğaldan azad olunacaq. Amma inanmırdım ki, o günü görəcəyəm, ya yox. Şükürlər olsun ki, bu gün bizə qismət oldu. Allah Prezidentimizə can sağlığı versin, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".
Mənbə
oxu.az
Oxşar Xəbərlər