Cəmiyyət

Yarımçıq yuxuların gerçəkləşdiyi gün: Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınır

06 Jul 2026, 06:36 3 baxış
Yarımçıq yuxuların gerçəkləşdiyi gün: Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınır
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Oxu.Az-ın məlumatına görə, bu gün Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb. Bu dəfə daha 46 ailə - 223 nəfər doğma yurduna köçürülüb. Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Yarımçıq yuxuların gerçəkləşdiyi gün: Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınır
Mənbə oxu.az

Oxşar Xəbərlər