Cəmiyyət
Şükürbəyli sakini: "30 ildən sonra vətənimə qayıtmaq hissini sözlə ifadə edə bilmirəm"
"30 ildən sonra vətənimə qayıtmaq hissini sözlə ifadə edə bilmirəm". Oxu.Az-ın məlumatına görə, bunu bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan kənd sakini Xəyalə Əliyeva deyib. O bildirib ki, uzun müddət məcburi köçkün həyatı yaşasalar da, doğma evlərinə qayıdacaqlarına inanıblar: "Qazancımızla yanaşı, itkilərimiz də oldu. Allah, cənab Prezidentə can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə isə şəfa diləyirəm. Bu gün onların sayəsində biz elimizə-obamıza dönürük. Allah Azərbaycan xalqını, Azərbaycan Ordusunu qorusun!"
Mənbə
oxu.az
Oxşar Xəbərlər