Dünya
Tehranın əsas məscidi üzərində qisas çağırışı olan qırmızı bayraq qaldırılıb
Tehranın əsas dini komplekslərindən biri olan imam Xomeyni Müsəllasının günbəzi üzərində qisas çağırışını ifadə edən qırmızı bayraq qaldırılıb. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, son üç gün ərzində iranlılar bu məkanda ölən ali dini lider Əli Xamenei və onun ailə üzvləri ilə vidalaşıblar. Bildirilir ki, Xameneinin cənazəsinin Müsəllada olduğu son saatlarda milyonlarla insan onunla vida mərasimində iştirak etmək üçün dini kompleksə axışıb. Paytaxtın müxtəlif yerlərində matəm tədbirləri davam edib. İnsanlar axşam saatlarında əsas meydanlara bayraqlar və ali dini liderin portretləri ilə toplaşaraq İslam Respublikası rəhbərliyinə dəstək nümayiş etdiriblər. Şəhər ölən liderin və onun yaxınlarının cənazələrinin iştirakı ilə keçiriləcək genişmiqyaslı dəfn mərasiminə hazırlaşır. Hakimiyyət orqanlarının məlumatına görə, yürüşdə 15 milyondan 20 milyonadək insanın iştirakı gözlənilir.
Mənbə
oxu.az