Şou biznes

Atası onu qəbul etmədi, yoxsulluqda böyüdü: Sofi Lorenin təsirli həyat hekayəsi - VİDEO

06 Jul 2026, 01:48 3 baxış
Atası onu qəbul etmədi, yoxsulluqda böyüdü: Sofi Lorenin təsirli həyat hekayəsi - VİDEO
Dünyanın ən gözəl qadınlarından biri, milyonlarla insanın heyran olduğu kino ulduzu Sofi Lorenin şöhrət yolu parlaq işıqlar, qırmızı xalçalar və Hollivuddan deyil, yoxsulluq, tənhalıq və çətinliklərlə dolu uşaqlıq illərindən başlayıb. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, əfsanəvi aktrisa əslində Sofia Şikolone adı ilə 20 sentyabr 1934-cü ildə İtaliyada anadan olub. O, uşaqlığını paytaxt Romada deyil, Neapol yaxınlığındakı kasıb Pottsuoli (Pozzuoli) şəhərində keçirib. Anası Romilda Villani gəncliyində aktrisa və müğənni olmaq arzusu ilə Romaya yollanmışdı. Maraqlıdır ki, o, bir vaxtlar Greta Qarboya bənzərliyi ilə diqqət çəkmiş və kino karyerası qurmaq istəyirdi. Lakin həyat onun planlarını tamamilə dəyişdi.

Romada Romilda özünü aristokrat kimi təqdim edən bir kişi ilə tanış oldu və ona aşiq oldu. Münasibətlərindən cəmi altı həftə sonra hamilə qaldığını öyrəndi. Lakin həmin kişi uşağı qəbul etmədi, abort etdirməsini tələb etdi və daha sonra onu tərk etdi. Beləliklə, Romilda hamilə vəziyyətdə doğma şəhərinə qayıtmağa məcbur oldu. O dövrdə katolik İtaliyasında nikahdankənar uşaq dünyaya gətirən qadınlara cəmiyyət tərəfindən mənfi münasibət göstərilirdi. Sofi atasını ilk dəfə beş yaşında görüb. Lakin bu görüş onun həyatında heç nəyi dəyişməyib. Bir müddət sonra Romilda yenidən həmin kişidən hamilə qalıb və Sofinin bacısı Anna Marianı dünyaya gətirib. Beləcə, gələcəyin dünya şöhrətli ulduzu yoxsulluq, aclıq və İkinci Dünya müharibəsinin ağır illəri içində böyüyüb. Uşaqlıq illərində Sofiya çox arıq və uzunboylu olduğuna görə yaşıdları ona "Perç" ("uzun çöp") ləqəbini vermişdilər. Lakin 14 yaşında qatıldığı yerli gözəllik müsabiqəsi onun taleyini dəyişdi. Nənəsi çəhrayı pərdələrdən ona don tikdi, anası isə köhnə ayaqqabılarını ağ rəngə boyadı. Sofi müsabiqənin qalibi olmasa da, finala yüksələrək Romaya səfər etmək imkanı qazandı. Məhz bundan sonra onun kino dünyasına yolu açıldı. O, əvvəlcə kastinqlərdə iştirak etdi, kiçik rollarda çəkildi. Dolanışığını təmin etmək üçün komikslər və jurnallar üçün fotosessiyalara qatıldı. Bir müddət sonra "Zəriflik gözəli" titulunu qazanan Sofi diqqət mərkəzinə düşdü. Onun həyatındakı ən mühüm dönüş nöqtəsi isə məşhur prodüser Karlo Ponti ilə tanışlığı oldu.
Mənbə oxu.az

Oxşar Xəbərlər