Digər
Muzeydən 4 milyonluq zərgərlik məmulatları oğurlandı
Fransanın şərqində yerləşən Vingen-sur-Moder kommunasındakı Lalique muzeyində oğurluq hadisəsi baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Məlumata görə, muzeydən təxminən 20 zərgərlik məmulatı oğurlanıb. İlkin hesablamalara əsasən, zərərin məbləği 4 milyon avroya yaxındır.
Oğurluq zamanı təhlükəsizlik siqnalizasiyası işə düşsə də, hadisəni törədən şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar. Hadisə ilə bağlı araşdırma aparılır.
Lalique muzeyi 2011-ci ildə məşhur fransız rəssamı və zərgəri Rene Laliqin irsinə həsr olunaraq açılıb. Muzeyin kolleksiyasında 650-dən çox eksponat nümayiş etdirilir.
Mənbə
axar.az