İdman
DÇ-2026: Erlinq Holand Braziliya millisini evə göndərdi - VİDEO
2026-cı il futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Braziliya və Norveç milliləri üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, qarşılaşma ABŞ-nin İst-Raterford şəhərində yerləşən "Metlayf" stadionunda keçirilib. Oyunu ABŞ-dən olan baş hakim İsmayıl Əlfət idarə edib. Görüş Norveç millisinin 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Braziliya yığmasının yarımmüdafiəçisi Bruno Gimarayns matçın 14-cü dəqiqəsində təyin olunan penaltidən yararlana bilməyib. İkinci hissədə, 67-ci dəqiqədə Neymar meydana daxil olub. Norveç millisinin hücumçusu Erlinq Holand 79-cu dəqiqədə hesabı açıb. O, 90-cı dəqiqədə dubl edərək komandasının üstünlüyünü möhkəmləndirib. Braziliya yalnız oyunun sonlarında fərqlənə bilib. Neymar 90+10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaldıb. Norveç millisi 1/4 finalda Meksika - İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Braziliya isə mundialla vidalaşıb.

Mənbə
oxu.az