İraq Xamenei ilə vida mərasimlərini məhdudlaşdırır
İraq hakimiyyəti İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimləri ilə bağlı ölkədə keçiriləcək anım tədbirlərini məhdudlaşdırmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə "Şəfəq Nyus" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, vida mərasimləri iyulun 8-də yalnız şiələr üçün müqəddəs sayılan Ən-Nəcəf və Kərbəla əyalətlərində təşkil olunacaq.
Bildirilir ki, İraq hökuməti Tehranın təzyiqlərinə baxmayaraq, paytaxt Bağdadda kütləvi yürüş və digər anım tədbirlərinin keçirilməsindən imtina edib.
Portalın iddiasına görə, bu addım yeni İraq hökumətinin, xüsusilə baş nazir Məhəmməd Əli Zeydinin Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində, daha balanslı xarici siyasət kursu yürütmək niyyətini nümayiş etdirmək məqsədi daşıyır.