Cəmiyyət
Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayırlar - VİDEO
Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov, 157 ünvanında yaşayan sakinlər təhlükə ilə üz-üzə qalıblar. Baku TV-nin məlumatına görə, onlar ikimərtəbəli yaşayış binasının qəzalı vəziyyətdə olmasından narazıdırlar.
Sakinlərin sözlərinə görə, tavan və döşəmə çökmək üzrədir, divarlarda isə dərin çatlar əmələ gəlib. "Bütün tavan üstümüzə gəlir. Adam qorxur. Bir dəfə gördüm elə gurup-gurup səs gəlir, dedim, ay allah, görəsən, bu nədir? Qızım dedi ki, burada ev aşıb. Bu dəfə də aşsa, qalacağam evin altında", - deyə sakinlərdən biri qeyd edib.

Mənbə
oxu.az