Dünya
Nyu-Yorkda hidroplan qəza enişi edib, 2 nəfər xəsarət alıb - VİDEO
ABŞ-nin Nyu-York şəhərində kiçik hidroplanın qəza enişi etməsi nəticəsində iki nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb. Məlumata görə, hadisə Şərq çayında (East River) baş verib. Təyyarənin göyərtəsində 10 nəfər olub. Onlardan ən azı ikisinə hadisə yerində tibbi yardım göstərilib.
ABŞ Federal Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, "Kodiak 100" tipli hidroplan günorta saatlarında Şərq çayına sərt eniş edib. Hadisə nəticəsində təyyarənin qanad dayaqlarından biri qırılıb. Xilasedicilər təyyarədə olan ən azı səkkiz nəfəri təxliyə edib. Digər iki nəfər isə yüngül xəsarətlərə görə tibbi müayinədən keçirilib. Hadisə nəticəsində ağır yaralanan olmayıb. Bildirilib ki, hidroplan suyun səthində qalıb və daha sonra sahilə çəkilib.

Mənbə
oxu.az