Digər

Ukraynanın bu əks-hücumları strateji fəlakət idi - Vens

05 Jul 2026, 23:22 3 baxış
Ukraynanın bu əks-hücumları strateji fəlakət idi - Vens

ABŞ vitse-prezidenti Ceyms Di Vens 2023-cü ilin yayında Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatını "strateji və taktiki fəlakət" adlandırıb.


Axar.az xəbər verir ki, o, bu açıqlamanı "Tayms" qəzetinə verdiyi açıqlamada deyib.


"2023-cü ilin yayını xatırlayırsınızsa, əsas müzakirə Ukraynanın böyük əks-hücuma başlayıb-başlamaması idi. İndi geriyə baxanda aydın olduğu kimi, bu, strateji və taktiki fəlakətə çevrildi, baxmayaraq ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden də daxil olmaqla, demək olar ki, bütün Qərb dünyası ukraynalıları buna məcbur edirdi", - deyə o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər