Digər

Məxfi hərbi sənədlər zibil qutusundan tapıldı

06 Jul 2026, 00:34 3 baxış
Məxfi hərbi sənədlər zibil qutusundan tapıldı

Böyük Britaniyada Müdafiə Nazirliyinə məxsus məxfi sənədlərin zibil konteynerində aşkarlanması ciddi araşdırmaya səbəb olub.


Axar.az xəbər verir ki, Böyük Britaniyanın Katterik qarnizonuna aid məxfi hərbi sənədlər Katterik-Bricdə yerləşən tullantı poliqonundakı zibil konteynerlərindən tapılıb.


Məlumata görə, sənədlərdə hərbçilərin ad və rütbələri, hərbi bazada saxlanılan silahlar, qarovul növbələrinin qrafiki və digər məxfi məlumatlar yer alıb.


Hadisədən sonra Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbərliyi araşdırmaya başlayıb. Məxfi sənədlərin necə və hansı şəraitdə zibilə atıldığı müəyyənləşdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər