İdman

Ronaldodan milyonları kədərləndirən açıqlama...

06 Jul 2026, 00:23 1 baxış
Ronaldodan milyonları kədərləndirən açıqlama...

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo karyerasında sonuncu dəfə dünya çempionatında iştirak etdiyini bildirib.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 41 yaşlı futbolçu bunu DÇ-2026-nın 1/8 final mərhələsində İspaniya ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.


“Bəli, bu dünya çempionatı mənim üçün sonuncu olacaq. Ən əsası ondan tam zövq almaqdır”, - deyə Ronaldu bildirib.


Bu açıqlamadan sonra portuqaliyalı ulduzun 2030-cu ildə Portuqaliya, İspaniya və Mərakeşin ev sahibliyi edəcəyi dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.


Qeyd edək ki, Portuqaliya - İspaniya matçı iyulun 6-da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər