Şou biznes
Maykl Ceksonun ölümü ilə bağlı yeni iddia gündəmə gəldi
Müğənni Maykl Ceksonun ölümünə səbəb olan preparatın dozasını özünün artırmış ola biləcəyi iddia olunur. Oxu.Az xəbər verir ki, bu barədə "Radar Online" nəşri öz araşdırmasına istinadən məlumat yayıb. Nəşrin iddiasına görə, xroniki ağrılar, maliyyə problemləri ilə bağlı narahatlıq və qarşıdakı konsert turuna hazırlıq ifaçının psixoloji və fiziki vəziyyətinə təsir göstərmiş ola bilər. "Maykl narkotik tərkibli preparatlardan istifadə etməklə öz ölümünə şərait yaradıb. O, qəbul etdiyi bütün preparatların mümkün nəticələrini və risklərini bilirdi", - deyə materialda qeyd olunur. Rəsmi istintaqın nəticələrinə əsasən isə müğənninin şəxsi həkimi Konrad Mürrey ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinib və bu cinayətə görə cəza alıb. Xatırladaq ki, Maykl Cekson 25 iyun 2009-cu ildə vəfat edib. Onun ürəyi şəxsi həkimi Konrad Mürrey tərəfindən vurulan propofol inyeksiyasından sonra dayanıb.
Mənbə
oxu.az