Digər
Xamenei ilə vida mərasiminə Nəsrullahın ailəsi də qatıldı - Video
Hizbullahın mərhum lideri Həsən Nəsrullahın ailəsi İranın keçmiş rəhbəri Əli Xameneinin vida mərasimində iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, Həsən Nəsrullah və Hizbullah komandirlərinin ailələri Tehranda İmam Xomeyni namaz zalına qatılaraq mərhum liderlə vidalaşıblar.
Qeyd edək ki, Hizbullah lideri Həsən Nəsrullah 2024-cü ilin 27 sentyabrında İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülmüşdü.
Mənbə
axar.az