Digər

Aİİ banklarından rublla bağlı sərt qərar

01 Jul 2026, 15:35 1 baxış
Aİİ banklarından rublla bağlı sərt qərar

İyun ayından etibarən Avrasiya İqtisadi Birliyinə (Aİİ) üzv ölkələrin bankları Rusiya rublunun nağd şəkildə depozit qəbulu şərtlərini sərtləşdiriblər.


Axar.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.


Məlumata görə, Belarusda ən azı səkkiz bank hesablara nağd rubl yatırmaq üçün 2%-dən 5%-ə qədər komissiya tətbiq edib. İyun ayından əvvəl hesab açan müştərilər üçün komissiya iyul-avqust aylarından başlayaraq tədricən tətbiq olunacaq.


Ermənistanda isə bəzi banklar nağd rublun hesablara yatırılması əməliyyatlarını tam dayandırıb.


Bununla yanaşı, nağdsız rubl əməliyyatları əvvəlki qaydada davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər