İdman

Meksika ilə oyundakı məğlubiyyət son oldu: Bekkasese Ekvadordan getdi

01 Jul 2026, 15:48 1 baxış
Meksika ilə oyundakı məğlubiyyət son oldu: Bekkasese Ekvadordan getdi
Argentinalı mütəxəssis Sebastyan Bekkasese futbol üzrə Ekvador milli komandasının baş məşqçisi postundan rəsmən ayrılıb. Oxu.Az xəbər verir ki, mütəxəssisin bu qərarı ilə bağlı fikirlərini "Cancha Ecuador" portalı yayımlayıb. "Dünya çempionatının başa çatması ilə bizim müqaviləmizin də müddəti bitdi. Təəssüf ki, mundialda tariximizin ən yaxşı nəticəsinə imza ata bilmədik. Belə mehriban və həmrəy komanda ilə bu hədəfə çatmamaq çox ağrılıdır. İndi bu möhtəşəm ailə ilə vidalaşmaq məcburiyyətindəyəm", - deyə baş məşqçi vurğulayıb. Qeyd edək ki, Ekvador yığması dünya çempionatının 1/16 final mərhələsində Meksika seçməsinə 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Xatırladaq ki, Ekvador millisinə 2024-cü ildə təyinat alan Bekkasesenin 45 yaşı var. Onun rəhbərliyi altında komanda qrup mərhələsində 4 xal toplayaraq üçüncü yeri tutub. Ekvadorlular Kot-d'İvuar yığmasına uduzub (0:1), Kürasao ilə heç-heçə edib (0:0) və Almaniya millisi üzərində qələbə qazanıblar (2:1). Əvvəlki illərdə Bekkasese Argentinanın "Defensa və Xustisiya", "İndependyente", "Rasinq" və İspaniyanın "Elçe" klublarını da çalışdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər