İqtisadiyyat
Dövlət idarəçiliyinin rəqəmsal gələcəyi: Azərbaycan innovativ inkişafda region liderinə çevrilir
"Müasir dövrdə rəqəmsal texnologiyalar dövlət idarəçiliyinin, iqtisadi inkişafın və cəmiyyətin dayanıqlı tərəqqisinin əsas hərəkətverici qüvvəsinə çevrilib". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O xatırladıb ki, bir neçə gün əvvəl Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib:
"Rəqəmsal İnkişaf Şurasının ilk iclasında dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, innovasiyanın və süni intellektin tətbiqi, data suverenliyinin gücləndirilməsi və süni intellektdən mənfi məqsədlərlə istifadənin qarşısının alınmasına yönəlmiş siyasətin hazırlanması, həmçinin həyata keçirilməsi məqsədilə təqdimatlar dinlənilib və müzakirə aparılıb. Azərbaycan da bu qlobal transformasiyanın tələblərinə uyğun olaraq rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində ardıcıl və sistemli islahatlar həyata keçirir. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-28-ci illər üçün Fəaliyyət Planı" bu istiqamətdə ölkənin strateji yol xəritəsini müəyyən edir. Fəaliyyət Planının əsas məqsədi dövlət idarəçiliyinin səmərəliliyini artırmaq, vətəndaşlara göstərilən xidmətləri daha əlçatan və şəffaf etmək, rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirmək və Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini gücləndirməkdir. Rəqəmsallaşma sahəsində əsas yeniliklərdən biri dövlət xidmətlərinin vahid "mygov" ekosistemində birləşdirilməsidir". Deputat qeyd edib ki, bu yanaşma vətəndaş-məmur təmasını minimuma endirəcək, xidmətlərin daha operativ və rahat şəkildə təqdim olunmasını təmin edəcək:
"Eyni zamanda, proaktiv dövlət xidmətlərinin genişləndirilməsi nəticəsində bir sıra xidmətlər vətəndaşın əlavə müraciətinə ehtiyac olmadan avtomatik təqdim ediləcək ki, bu da bürokratik maneələrin aradan qaldırılmasına və vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edəcək. Süni intellekt artıq yalnız gələcəyin texnologiyası deyil, dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilir. Dövlət xidmətlərində süni intellekt əsaslı həllərin tətbiqi, virtual köməkçilərin istifadəsi, milli hesablama infrastrukturunun yaradılması və tənzimləyici test mühitinin formalaşdırılması bu sahədə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bütün bu proseslər milli maraqların qorunması və məlumat suverenliyinin təmin edilməsi prinsipləri əsasında həyata keçirilir. Rəqəmsal transformasiyanın etibarlılığı isə güclü kibertəhlükəsizlik sistemi olmadan mümkün deyil. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik informasiya infrastrukturunun qorunması, süni intellekt əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi və kibergigiyena üzrə maarifləndirmə tədbirləri Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemini yeni səviyyəyə yüksəldəcək". P.Vəliyevanın sözlərinə görə, rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən biri də təhsildir:
"Yeni nəsildə rəqəmsal kompetensiyaların formalaşdırılması, tədris prosesində süni intellekt texnologiyalarının tətbiqi və insan kapitalının gücləndirilməsi gələcəyin rəqabətqabiliyyətli cəmiyyətinin qurulmasına xidmət edir. Həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan rəqəmsal inkişafı yalnız texnoloji yenilənmə kimi deyil, dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadi şaxələndirmə, milli təhlükəsizlik və insan kapitalının inkişafını əhatə edən kompleks strateji prioritet kimi qiymətləndirir. Bu yanaşma ölkənin dayanıqlı inkişafını təmin etməklə yanaşı, regionda rəqəmsal transformasiya və innovasiya sahəsində lider mövqeyini daha da möhkəmləndirəcək".

Mənbə
oxu.az
Oxşar Xəbərlər