Digər

"XalqKart"da faiz hesablanan qalıq məbləği artırıldı

01 Jul 2026, 15:58 1 baxış
"XalqKart"da faiz hesablanan qalıq məbləği artırıldı
"Xalq Bank"ın təqdim etdiyi "XalqKart Cashback" və petrol kartları üzrə qalığa faiz hesablanan məbləğ limiti artırıldı. 1 iyuldan etibarən "XalqKart"da olan 300 AZN-dən 20 000 AZN-dək qalıq məbləği kart sahibinə illik 7% olmaqla əlavə gəlir qazandıracaq. Yenilənmiş şərtlərlə müştərilər "XalqKart"da vəsaitlərini daha sərfəli şərtlərlə saxlamaqla onu yığım vasitəsi kimi daha rahat dəyərləndirə biləcəklər. Kampaniya 31 dekabradək qüvvədədir. Qeyd edək ki, 31 dekabradək üçillik "XalqKart Petrol" və "XalqKart Cashback" kartları pulsuz təqdim edilir. "XalqKart Petrol" kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb, toplanmış bonusları "Azpetrol" YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. "XalqKart Cashback" kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda müxtəlif üstünlüklər mövcuddur: - AZN valyutalı kartların qalığına illik 7% əlavə gəlir; - ölkədaxili bütün kartlara aylıq 3 000 AZN-dək komissiyasız köçürmə; - aylıq 1 000 AZN-dək komissiyasız nağdlaşdırma; - onlayn sifariş və pulsuz çatdırılma. Ətraflı şərtlər: https://www.xalqbank.az/az/ferdi/kartlar/xalqkart-petrol "XalqKart"ı bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur. "Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, "138" çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Mənbə oxu.az

Oxşar Xəbərlər