Dünya

Rubio Venslə mübarizədən geri çəkilir: Ağ Evdə nə baş verir?

01 Jul 2026, 12:20 2 baxış
Rubio Venslə mübarizədən geri çəkilir: Ağ Evdə nə baş verir?
ABŞ-nin dövlət katibi Marko Rubio 2028-ci il seçkisində vitse-prezident Cey Di Vens namizədliyini irəli sürəcəyi təqdirdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq niyyətində deyil. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi dövlət katibinə yaxın şəxslərə istinadən məlumat yayıb. Bildirilib ki, Rubio məsləhətçiləri və köməkçiləri ilə söhbətlərində Vensə güzəştə getmək istəyini dəfələrlə dilə gətirib. Bununla yanaşı, AP-nin qeyd edir ki, dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifələrini icra edən Rubio son aylarda Ağ Evin Milli Təhlükəsizlik Şurasında əsas postlara öz tərəfdaşlarını təyin edərək aparatdakı mövqelərini xeyli gücləndirib. Daha əvvəl Prezident Donald Tramp "Fortune" jurnalına verdiyi müsahibədə 2028-ci il seçkisində qalib gələcəyi təqdirdə "Öncə Amerika" siyasətini davam etdirməli olan ehtimal edilən varisi ilə bağlı sualı cavablandırmaqdan yayınmışdı. ABŞ mediası iki ildən sonra Birləşmiş Ştatların prezidenti postuna iddia edə biləcək əsas respublikaçı namizədlər qismində Rubio və Vens barədə dəfələrlə məqalə dərc edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər