Şou biznes
"Netflix"i 11 milyon dollar aldadan Hollivud rejissoru Karl Rinş həbs edildi
İyunun 29-da məhkəmə instansiyası Hollivud ssenaristi və rejissoru Karl Rinş barəsində hökm çıxarıb. O, çəkilişləri yekunlaşmayan elmi-fantastik serial bəhanəsi ilə "Netflix" platformasından 11 milyon dollar mənimsədiyinə görə 2.5 il müddətinə azadlıqdan məhrum edilib. Aktyor Kianu Rivz də daxil olmaqla, rejissorun bir sıra dəstəkçiləri məhkəmədən cəzanın yüngülləşdirilməsini tələb ediblər. Oxu.Az xəbər verir ki, müvafiq məlumatı "The Guardian" nəşri paylaşıb. Şahidlərin ifadələrinə və prokurorluğun məlumatına əsasən, ssenarist "Ağ at" adlı layihəni tamamlamaq üçün "Netflix" rəhbərliyindən 11 milyon dollar vəsait istəyib. Lakin o, həmin məbləği öz şəxsi hesabına köçürərək böyük bir qismini lüks maşınlara, bahalı saatlara, geyimlərə və məişət əşyalarına xərcləyib. Təkcə iki ədəd döşək üçün 638 000 dollar ödənildiyi məlum olub. Bazar ertəsi baş tutan iclasda 48 yaşlı Rinşin özü və müdafiəçiləri bildiriblər ki, bu cür hərəkətlərə səbəb onun psixoloji vəziyyəti və qəbul etdiyi preparatlar olub. Onların sözlərinə görə, hazırda rejissor fərqli bir mütəxəssisin nəzarəti altında müalicəsini davam etdirir. İttiham tərəfi isə məsələyə fərqli yanaşır və baş verənləri sadəcə "həddindən artıq tamahkarlıq" kimi qiymətləndirir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər