Dünya
Konqoda Ebola tüğyan edir: Ölənlərin və yoluxanların sayı AÇIQLANDI
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu yaranandan bəri bu təhlükəli xəstəlikdən ən azı 360 nəfər həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə Avropa mətbuatında rəsmi məlumatlara istinadən informasiya yayılıb. KDR hökumətinin rəsmi açıqlamasına əsasən, indiyədək bu virusa 1 274 yoluxma halı təsdiqlənib. Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola epidemiyası səbəbindən KDR-də 321 ölüm halının qeydə alındığını bildirmişdi.
Mənbə
oxu.az